Mühasibat uçotu – müəssisələrin maliyyə və əməliyyat proseslərini idarə etmək üçün maliyyə məlumatlarının toplanması, qeydə alınması, analiz edilməsi, hesabatların hazırlanması və analizin aparılması üçün bir xidmət növüdür.

Əgər siz, fiziki şəxs və ya müəssisə, təşkilat sahibinizsə, maliyyə işləriniz üçün bir mühasibə ehtiyacınız var deməkdir.

Mühasibat uçotu haqqında Azərbaycan Respublikasinin Qanununa əsasən bütün müəssisə və təşkilatlarda mühasibat uçotunun müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir. Buna görə də düzgün şəkildə uçot aparmaq və qaydalara riayət etmək üçün bizə müraciət etməyiniz kifayətdir.

Mühasibat uçotu xidmətimizdən istifadə etdiyiniz zaman hansı üstünlükləri əldə edəcəksiniz?
– Peşəkar mühasib sertifikatına malik mühasiblər tərəfindən işin aparılması;
– Hər müştəriyə fərdi yanaşma;
– Beynəlxalq standartlardan baş verəcək dəyişikliklərin dərhal sizin uçotunuza təsirini aydınlaşdırıb müvafiq tədbirlərin görülməsi;
– Vaxtında təhvil və xidmətlərin keyfiyyətinə zəmanət;
– Büdcənizə uyğun müxtəlif xidmət paketlərinin mövcudluğu. 

Muhasibat uçotu biznesinizi effektiv idarə etmək və onların maliyyə göstəricilərinə nəzarət etmək üçün vacibdir. O, həmçinin bizneslərə qanuni tələblərə uyğun olaraq maliyyə məlumatlarını bildirməyə kömək edir. Buna görə də, biznesinizin uğurlu və fasiləsiz fəaliyyəti üçün düzgün mühasibat uçotuna sahib olmalı və hesabatlarınızı vaxtında təhvil verməlisiniz. Əgər sizin bunları etmək üçün vaxtınız yoxdursa biz xidmətimizlə hər zaman sizin yanınızdayıq. 

Qeyd edək ki, Mühasibat uçotu xidməti növünə aiddir:

  1. Konsultasiya xidməti;
  2. Milli və beynəlxalq standartlara uyğun mühasibat uçotunun aparılması.

Mühasibat uçotu xidməti haqqında daha ətraflı məlumat və hansı öhdəliklərin daxil olduğunu bilmək üçün aşağıdakı formu doldurun və ya birbaşa whatsapp-dan bizə yazın.