Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir.
1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü:
Onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla;
2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə:
Birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla;
3. Digər mühasibat uçotunun subyektləri üçün isə:
Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.