admin

Konsaltinq xidməti niyə önəmlidir?

Ekspertiza və Məsləhətçilik Konsaltinq xidməti adətən müəyyən sahəsində təcrübəyə malikdirlər. Onlar şirkətlərə bu sahədə öz bilik və təcrübələrini təklif edirlər. Konsaltinq xidməti vasitəsilə şirkətlər daha yaxşı məlumat və təhlillə strateji qərarlarını dəstəkləyə bilərlər. Xarici Perspektiv və İnnovasiya Xarici məsləhətçilər şirkətlərə içəridən görə bilmədikləri kənar perspektiv təklif edirlər. Bu, şirkətlərə mövcud prosesləri və strategiyaları yenidən qiymətləndirməyə və təkmilləşdirməyə kömək edə bilər. Bundan əlavə, yeniliklər haqqında məlumatlandırmaqla rəqabət üstünlüyü təmin edə bilərlər. Səmərəlilik və Xərclərə Qənaət Konsaltinq xidməti şirkətlərin biznes proseslərini təhlil edir və səmərəliliyin artırılması üçün təkliflər verirlər. Bu, müəssisələrə xərcləri azaltmağa və resurslardan daha səmərəli istifadə etməyə kömək edə bilər. Strateji Planlaşdırma və İnkişaf Konsaltinq xidməti şirkətlərə strateji məqsədlərinə çatmaqda kömək edə bilərlər. Bu, strateji planlaşdırma proseslərində iştirak etməklə, bazar araşdırması aparmaqla edilir. Rəqabətli təhlili təmin etməklə şirkətlərə böyümə imkanlarını müəyyən etməkdə kömək edə bilərlər. Risklərin idarə edilməsi və böhran vəziyyətlərinə hazırlıq Məsləhətçilər şirkətlərin risklərini qiymətləndirə və onların böhran vəziyyətlərinə hazır olmasını təmin edə bilərlər. Bu, biznesə maliyyə itkilərini minimuma endirməyə və öz nüfuzunu qorumağa kömək edə bilər Bu Konsaltinq xidmətləri şirkətlərə rəqabət üstünlüyü əldə etməyə, böyüməyə və uzunmüddətli uğuru davam etdirməyə kömək edə bilər.

Konsaltinq xidməti niyə önəmlidir? Read More »

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar necə silinir?

İlk öncə ümidsiz borclar nəyə deyilir, onu aydınlaşdıraq: Ümidsiz borclar – iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə öhdəliyə xitam verilmiş borclara deyilir. Bu mülkü qanunvericiliyə əsaən təyin olunur. Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi Vergi orqanları tərəfindən həyata keçirilir: Vergi məcəlləsinin 93.1.1 maddəsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı zaman; 93.1.2 maddəsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdüyü zaman; 93.1.3 maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həyata keçilir. Təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə həyata keçirilir. Bu hallar istisnadır: məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları.

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar necə silinir? Read More »

Kommersiya təşkilatları maliyyə hesabatlarını nə zaman təqdim etməlidir?

Kommersiya təşkilatlarının maliyyə hesabatları üçün aşağıdakı hesabat dövrləri müəyyən edilir. 1. İl ərzində oktyabr ayının 1-dək yeni yaradılan mühasibat uçotunun subyektləri üçün birinci hesabat dövrü:Onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən dekabr ayının 31-i də daxil olmaqla; 2. Oktyabr ayının 1-dən sonra yeni yaradılmış mühasibat uçotunun subyektləri üçün isə:Birinci hesabat dövrü onların qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı tarixdən növbəti ilin dekabr ayının 31-i də daxil olmaqla; 3. Digər mühasibat uçotunun subyektləri üçün isə:Hesabat dövrü yanvar ayının 1-dən dekabr ayının 31-i də daxil olmaqla.

Kommersiya təşkilatları maliyyə hesabatlarını nə zaman təqdim etməlidir? Read More »