Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar necə silinir?

İlk öncə ümidsiz borclar nəyə deyilir, onu aydınlaşdıraq:

Ümidsiz borclar – iddia müddəti keçmiş, və icrası mümkün olmadığına görə öhdəliyə xitam verilmiş borclara deyilir. Bu mülkü qanunvericiliyə əsaən təyin olunur.

Vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borcların silinməsi Vergi orqanları tərəfindən həyata keçirilir:

Vergi məcəlləsinin 93.1.1 maddəsində müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardığı zaman;

93.1.2 maddəsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdüyü zaman;

93.1.3 maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə həyata keçilir. Təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə həyata keçirilir. Bu hallar istisnadır: məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları.