1C proqramı, iş idarəetməsi və maliyyə hesabatları üçün istifadə olunan müxtəlif məqsədli bir avtomatlaşdırılmış maliyyə və hesabat təminatı proqramıdır.

1C proqramının istifadəsi, müxtəlif sahələrdə, o cümlədən maliyyə, ümumi hesabat, kadr, məhsul və satışlar, depo və logistika, müştəri və müqavilələr, vəsait idarəetməsi, analitika və hesabat, e-mağaza və internet mağazası, texniki dəstək və s. sahələrdə olan şirkətlər üçün məqsədəuyğun və effektivdir.

Biz bütün növ təsərrüfat subyektlərinə 1C proqramının yazılması və texniki dəstəyin göstərilməsi xidmətini həyata keçiririk. Proqramı quraşdırmaqla yanaşı eyni zamanda hər cür avtomatlaşdırma xidmətlərini təqdim edirik: proseslərin təhlilindən və sistemlərin seçilməsindən tutmuş təlim və istifadəçi dəstəyinə qədər.

1C proqramın üstünlüklərin saymaqla bitməz. Lakin ümumi olaraq sıralasaq:

  • 1C proqramı vasitəsilə siz istənilən vaxt anbar qalığını, kontragentler və ya alıcılarla borc hesabatlarınızı, gəlirinizi, əmək haqqının idarə olunmasını, gec satılan məhsulların idarə olunmasını və bir çox digər hesabatları bir düymə vasitəsi ilə görə bilərsiniz.
  • 1C proqramı – əmək haqqı və HR-nin idarə edilməsi konfiqurasiyası istənilən növ müəssisələr üçün səmərəli kadr uçotunun aparılmasını və işçilərin əmək haqqının hesablanmasını təmin edir. Bütün vergi və əmək haqqının hesablanması prosesləri, həmçinin əmək haqqının hesablanması tam avtomatlaşdırılıb.
  • 1C proqramı – mühasibat uçotu çoxsaylı və mürəkkəb mühasibat hesablamalarını avtomatlaşdırmaqla mühasiblərin işini asanlaşdırır. Mühasiblər bu proqram təminatından müxtəlif vergi sistemləri (gəlir vergisi, ƏDV, vahid vergi) olan müxtəlif müəssisələr üçün istifadə imkanını yüksək qiymətləndirirlər.

Qeyd edək ki, 1C Proqramı üzrə xidmətlər ​növünə aiddir:

  1. “1C 8.2 vǝ 8.3 ERP”, Kompleks Avtomatlaşdırma, Mühasibatlıq, Əmək haqqı, Ticarət və digər bazalarının quraşdırılması və tətbiqi;
  2. Mövcud “1C 8.2 və 8.3” sistemlərinə uyğun hesabatların hazırlanması;
  3. Alış, Satış, İstehsal, Mühasibatlıq, Əmək haqqı, Anbar, Büdcə və digər modullar üzrə proqramlaşdırma işlərinin aparılması;
  4. “1C 8.2 vǝ 8.3” sistemlərinin digər proqramlarla və 1C sistemləri ilə məlumat mübadiləsinin hazırlanması Köhnə 1C bazalarından və digər proqramlardan yeni “1C 8.2 və 8.3” bazalarına məlumatların köçürülməsi;
  5. “1C 8.2 vǝ 8.3” sistemlərinin elektron cihazlarla inteqrasiyası;
  6. Admin xidmətlərinin göstərilməsi;
  7. “1C 8.2 va 8.3” proqramlaşdırma və admin kurslarının fərdi və kollektiv şəkildə keçirilməsi.

1C Proqramı üzrə xidmətləri haqqında daha ətraflı məlumat və hansı öhdəliklərin daxil olduğunu bilmək üçün aşağıdakı formu doldurun və ya birbaşa whatsapp-dan bizə yazın.