Beam Group
Resurslarınıza Bizimlə Nəzarət Edin!
Biz müştərilərimizin maliyyə məsələlərini effektiv şəkildə həll etməkdə kömək edir və fəaliyyət göstərdiyimiz xidmətlər ilə müştərilərimizə tam məsuliyyət hissi ilə yanaşırıq.
- Maliyyə
- Mühasibat
- Vergi
- 1C proqramı
- Kadr uçotu

Partnyorlar
Xidmətlərimiz
Mühasibat uçotu
Mühasibat uçotu – müəssisələrin maliyyə və əməliyyat proseslərini idarə etmək üçün maliyyə məlumatlarının toplanması, qeydə alınması, analiz edilməsi, hesabatların hazırlanması və analizin...
Maliyyə uçotu
Maliyyə uçotu – təsərrüfat əməliyyatları nəticəsində yaranan əməliyyatların uçotu, ümumiləşdirilməsi və hesabat vermə prosesini əhatə edən xidmət növüdür. Bu əməliyyatlar, şirkətin müəyyən dövr ərzində əməliyyat fəaliyyətini...
Vergi xidmətləri
Vergi uçotu – fiziki şəxslərə və ya müəssisələrə vergi məsələlərinin idarə edilməsində yardım etmək üçün təmin edilən maliyyə xidmətləridir. Bu xidmətlər, məsləhət və dəstək, vergi planlaşdırması, vergi hazırlığı və hesabatların...
Kadr uçotu
Kadr uçotu – bir şirkətin insan resursları (HR) funksiyalarını idarə etmək üçün təmin edilən maliyyə xidmətlərindən biridir. Kadr uçotunun düzgün aparılması müəssisəni tənzimləyici orqanlar tərəfindən...
Üstünlüklərimiz
Müştəri yönümlü davranış
Hər müştəri üzrə fərdi yanaşma
Premium xidmətlər
Müştəri təkliflərinə çevik reaksiya
Tam xidmətlər paketi
Operativlik və vaxtında təhvil
Xidmət Paketlərimiz
Paket 1
Sadələşdirilmiş vergi ödəyiciləri üçünPaket 2
Mənfəət vergisi ödəyiciləri üçünPaket 3
ƏDV ödəyiciləri üçünƏn çox verilən suallar
Müəssisələrin maliyyə və əməliyyat proseslərini idarə etmək üçün maliyyə məlumatlarının toplanması, qeydə alınması, analiz edilməsi, hesabatların hazırlanması və analizin aparılması üçün bir xidmət növüdür.
Mühasibat uçotu xidməti növünə aiddir:
- Konsultasiya xidməti;
- Milli və beynəlxalq standartlara uyğun mühasibat uçotunun aparılması.
Əmin olun ki, qazanc əldə edilən bütün biznes növlərində mühasibat uçotunu aparılması vacibdir. İstər fiziki şəxs, istərsə də kiçik müəssisə və təşkilatlarının mühasibat uçotunu aparmaq və hesabatlarını vaxtında təhvil verməsi önəmlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən iri və orta təşkilatların baş mühasibləri müvafiq “peşəkar mühasib sertifikatına” malik olmalıdırlar. Buna görə də siz bizim peşəkar mühasib sertifikatına malik əməkdaşlarımızla işləməklə qaydalara riayət edə bilərsiniz.
Mühasibat xidməti adətən aylıq və ya illik müqavilələr əsasında qiymətləndirilir. Qiymətlər biznesin növündən, ehtiyaclarından və xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
Göstərdiyiniz fəaliyyət növündən asılı olaraq ödəməli olduğunuz vergilər və təqdim etməli olduğunuz hesabatlar dəyişir. Daha dəqiq məlumat almaq üçün bizim konsultasiya xidmətimizdən istifadə edə bilərsiniz.
Hal-hazırda “1C proqramı” ERP II tələblərinə tam cavab verən müəssisənin bütün biznes proseslərinin avtomatlaşdırılmasını təmin edən və etibarlı proqram təminatlarından biridir.
Siz istənilən vaxt anbar qalığını, kontragentler və ya alıcılarla borc hesabatlarınızı, gəlirinizi, əmək haqqının idarə olunmasını, gec satılan məhsulların idarə olunmasını və bir çox digər hesabatları bir düymə vasitəsi ilə görə bilərsiniz. Bu da sizin vaxtınızı daha səmərəli həyata keçirilməsini təmin edir.
1C proqram təminatının yüklənməsi və onun vasitəsilə dəqiq və operativ uçotun qurulması üçün bizə müraciət edə bilərsiniz
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir.
Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yer və ya yaşadığı yer dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.
Olduğu yer barədə ərizənin verilməməsinə, həmçinin digər uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumatın təqdim edilməməsinə görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.